Strategiyamız

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kitabxana və İnformasiya  mərkəzinin strateji planı 2015-2020

Giriş :

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxana-strateji fəaliyyət planı hədəfləri çox geniş sahələri əhatə edir. Plan yalnız AzMİU çərçivəsində məhdudlaşmır, o, həmçinin bütün universitetləri bu və ya digər sahələrdə müəyyən dərəcədə əhatə edir. AzMİU-nun qırx illik yubileyi ərəfəsində ilə demək istəyirəm ki, universitetin heç bir şöbəsi kitabxana qədər dəyişikliyə məruz qala bilməz. Biz tələbə və ya digər tədqiqatçılara məlumat ötürülməsində daha çox virtual xidmət göstərməyə başlamışıq. Kitabxana fərdiləşməyə başlayacaq. İsdifadəçilər tədqiqat sahələrinə daha çox nəzarət etmə,  kitabxana əməkdaşları isə təlim-tədris, tədqiqat sahələrində istifadəçiləri ilə birgə çalışma imkanı əldə edirlər. Biz həm daxili həm də xarici universitetlərlə özəlliklə bizim üçün önəmli olan partnyorlarımızla strateji əmməkdaşlıq planlarımızı yeniləyəcəyik. Universitetin fakültə və tələbə heyətinin daha çox imtiyaz əldə etmələri üçün qlobal konteksdə işləyəcəyik. Biz həmçinin gələcək nəsillər üçün mədəni və intellektual resursları qoruyub saxlayan etibarlı mənbə olaraq qalmağa çalışırıq. Biz rəqəmsal aləmə sürətlə daxil olduğmuz üçün əhəmiyyətli vəsaitləri qoruyub saxlaya bilirik. Universitetin 5 illik planı çərçivəsində İnstitusional Anbarların əhəmiyyətinə diqqət yönəldilmişdir. Biz Universitetin strateji planının direktivlərini dəstəkləyirik. İstifadiçilərlə akademik fəaliyyətimizdə öncül proqramlarla işləyirik.

Kitabxananın strateji planı, bu böyük kitabxana sisteminin gələcəyi üçün böyük ümidlər vəd edir. Plan növbəti beş il üçün 7 əsas və onları müşayiət edən bir çox məqsədləri əhatə edir. Növbəti addımımız işçi heyətimizlə birlikdə fəaliyyət planımızı işləyib hazırlamaq və bu yöndə görüləcək işləri dəqiqləşdirməkdən ibarətdir. Heyətimizlə birlikdə bu missiyanı tamamlamaq üçün bütün potensialımızı və gücümüzü bu işə yönəltməliyik. Mən bu önəmli prosesdə  AzMİU kitabxanası üzrə koordinator kimi  xidmət etməkdən çox böyük məmnunluq hissi duyuram.

Könül Ramiq Əliyeva

 

 

 

Hədəflər və məqsədlər

HƏDƏF I:  AzMİU ictimaiyyətini kitabxanadan tam istifadə hüquqları ilə təmin etmək

AzMİU Kitabxanası istifadəçiləri tədqiqat işlərinə uyğun mövzuları kitabxananın istifadəçi qayda qanunları və digər müvafiq üsullarla lazımi formatlarda əldə edə bilərlər. İstifadəçilərimiz həmçinin dünyanın aparıcı kitabxanaları ilə informasiya mübadiləsi razılaşması sayəsində elmi resurslardan sərbəst istifadə etmə üstünlüyünə də sahibdirlər. Nümayəndələrimiz istər çap, istərsə də elektron formatlarda olan vəsaitlərin alınmasına, həmçinin digər universitetlərin kitabxanaları ilə daimi və ya müvəqqəti istifadəçilik hüquqlarının təmin edilməsinə çalışırlar.

Məqsədlər:

  1. Kitabxanamızı Elmi-Tədqiqat Kitabxanaları Birliyinə daxil olan əsas akademik institutlar arasındakı mövqeyimizi möhkəmlətmək. Beynəlxalq universitetdən partnyorlar tapmaq, mənbələri daxildən təkrar bölüşdürmək, donorlardan və fondlardan kömək cəlb etmək.
  2. Yüksək texnologiyalar və rabitə nazirliy tərkibində İKT fondundan və digər müvafiq partnyorlarımızdan aldığımız vəsaitlər hesabına geniş və hərtərəfli resurs bazası təşkil etmək lazımdır. Kitabxanamız AzMİU-nun əməkdaşlıq etdiyi universitetlərin güclü elmi bazalarından yararlanaraq fakültə ilə birgə yeni milli və beynəlxalq elmi baza yarada bilər.
  3. Böyük elmi əhəmiyyəti olan istər nəşr, istər elektron, multimedia və.s digər formalarda olan vəsaitləri əldə edərək təlim və tədqiqat prosesini zənginləşdirmək və bu vəsaitləri akademik kütlənin ixtiyarına vermək.
  4. Tədqiqatçılara tapılması çətin və ya qeyri-mümükün olan mənbələrdən  sərbəst istifadə etmə üstünlüyünü təmin etmək üçün AzMİU-nun partnyoru olan Orta Doğu Texniki Universiteti kitabxanası modeli əsasında dünyanın bir çox tədqiqat kitabxanaları ilə nizamnamələr işləyib hazırlamaq lazımdır.
  5. Kitabxananın çap vəsaitlərinin uzunmüddətli saxlanması və qədim vəsaitlərin təkrar nüsxələrinin qorunması üçün digər Universitetlərlə birgə çalışmaq
  6.  Üçüncü etibarlı tərəfdaşlarla və fondlarla birgə işləyərək elektron mənbələrin qorunub-saxlanması və universitetin akademik missiyasının əsasını təşkil edən elektron mənbələrin- tədqiqat mövzuları, vizual resurslar, e-kitablar, qeydiyyat bilgiləri və veb səhifələr, o cümlədən çap vəsaitlərinin uzunmüddətli istifadəsini təmin etmək.
  7. AzMİU üçün əhəmiyyət kəsb edən tədqiqat sahələrində vəsaitlərin tələbatı ödəyib-ödəmədiyini öyrənmək məqsədilə istər elektron, istərsə də çap vəsaitlərindən istifadə zamanı istifadəçi tərəfindən daxil edilən istifadəçi bilgilərini və digər məlumatları sistemli bir şəkildə toplamaq və analiz etmək.
  8. AzMİU istifadəçilərinin tələblərinə operativ cavab vermək və mümkün resursların istifadə əhatəsini genişləndirmək üçün kitabxanaya daxil olan yeni vəsaitləri diqqətlə seçərək tələbata uyğun olaraq xüsusi metodlarla qəbul etmək lazımdır.
  9. Kitabxananın nadir vəsaitləri ticari və qeyri ticari tərəfdaşlarla beş il və ya az müddətə məhdudlaşdırılarkən həmin vəsaitləri xüsusi sazişlərlə rəqəmsallaşdırmaq.
  10. Tərəfdaş institutlarla daha səmərəli və daha geniş lisenziya şərtlərinə nail olmaq üçün danışıqlar aparmaq.
  11. Kitabxanaya dəyişən tələbat  kontekstində çox tərəfli əməkdaşlarımız ilə vəsait seçmə məsələsini dəstəkləmək.

Hədəf  II :  Elmi resursların tədqiqi və tətbiqi sisteminin təkmilləşdirilməsi

Son illər  bir çox istifadəçinin müxtəlif  üsul və vasitələrdən istifadə edərək kitabxanadan kənarda elmi materialların əldə etməsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Kitabxana istifadəçilərinə lazımi elmi vəsaitləri istədikləri şəkildə tapıb əldə etməsinə şərait yaradır. Biz əsas diqqətimizi açıq informasiya bazasının təşkilinə, fiziki və rəqəmsal resursların formalaşdırılmasına və bunlardan bütün istifadəçilərin, tələbə və tədqiqatçıların sərbəst daxil olub istifadə etməsi məsələlərinə yönəldirik.

Geniş və innovativ partnyorluq tarixinə əsaslanaraq biz kitabxananın çətin tapılan və nadir resurs bazasını  genişləndirəcəyik. Kitabxana əməkdaşları istifadəçilər ilə  tədqiqat sahələrində daha səmərəli çalışmaları üçün onlarla əlaqələri gücləndirəcək.

Məqsədlər:

  1. 1.     İstifadəçiləri bütün resurslara həmçinin lisenziyalı resurslara istiqamətləndirən axtarış serverlərinin genişlənməsini və yayılmasını təmin etmək.
  2. 2.     İstifadəçilər yeni texnologiyalar və tədqiqat metodlarına uyğunlaşdıqca onları dəstəkləyən yeni qərarlar qəbul edilməlidir.
  3. 3.     Hal-hazırda çox geniş yayılmış və inkişaf etmiş virtual, elektron imkanların daha çox istifadəsini təklif etmək. Elektron axtarış sisteminin digər mövcud sistemə nisbətən təsadüfi,  toplu və ya fərdi  halda axtarış, məqalə axtarışı və və s.kimi bir sıra üstünlükləri var.
  4. 4.     Resursların kreativ və funksional yollarla aşkar edilib  istifadəyə verilməsini genişləndirmək
  5. 5.     İstifadəçilərlə aktiv dialoq şəkilində və nəticələri qiymətləndirərək yeni xidmət sahələri yaratmaq. Kitabxana təkmilləşdikcə yeni avadanlıq və metodlardan istifadə edərək daha çox istifadəçi, tələbə, tədqiqatçı və cəlb etməli. İnnovativ və qeyri – ənənəvi metodların  tətbiqini dəstəkləmək.
  6. 6.      İnformasiya resurslarının idarə edilməsində virtual xidmət sahəsinə  elmi resursları cəlb etməklə istifadəçilərin tələbatlarına cavab vermək. Bu məsələnin səmərəliliyini  və təsir göstəricisini qiymətləndirmək.

Hədəf III: Elmi bilik və təcrübə  mübadiləsini dəstəkləyən xidmət sahələrinin təşkili

Kitabxana, elmi tədqiqat prosesinin bütün mərhələlərində AzMİU kitabxanası istifadəçilərinə – tələbə, müəllim, tədqiqatçı və s. in işlərinə kömək edir. Kitabxana əməkdaşları yüksək səviyyəli konsultasiya xidmətləri göstərir və elmi ictimaiyyə­tin elmi mübadiləsinin yaradılmasında, tədqiqat mövzularının  araşdırılmasında və təhlilində xüsusi vasitələrdən istifadədə köməklik göstərirlər. Kitabxana vizual və digər mənbələrin, məlumatların seçilməsinə, istifadə edilməsinə, yenidən işlənməsinə və s. dəstək verir.

Kitabxana universitet daxilində və xaricində digər müəssisələrlə əməkdaşlıq edərək elmi nəşrlərin qorunub saxlanması və nəşrlərin məhdud sayda yayılması üçün nəzərdə tutulmuş domen məsələləri, həmçinin  kitabxana alimlərin intellektual mülkiyyət hüquqlarını təsdiqləməsi, saxlanması məsələlərinin həllinə diqqət yetirir və problemləri həll etməyə çalışır.

Məqsədlər:

Universitet üzrə əlaqələri gücləndirmək üçün kafedralarla və akademik şöbələrlə  kitabxananın bağlantı şəbəkəsinin təşkili. Tədqiqatçılarla aktiv əlaqələri qoruyub saxlamaq üçün yeni əlaqə imkanları araşdırmaq.

  1. Fond ayırılmış layihələrin icrasında kitabxana heyətinin çoxsaylı iştirakı ilə hərtərəfli elmi-tədqiqat əlaqələrini daha da möhkəmləndirmək.
  2. AzMİU Elmi- Tədqiqat şöbəsi də daxil olmaqla universitetin tərkibində digər qruplarla əməkdaşlıq edərək CİS (center for international security) xidmətləri, bibliometrika, data analizləri xidmətləri kimi xüsusi tədqiqat sahələrinə dair konsultasiyaları genişləndirmək.
  3. Kitabxana istifadəçilərinə qrant müsabiqələri və onlar haqqında ətraflı məlumat verməli, müraciət və digər məsələlərlə bağlı konsultasiya xidmətləri təklif edilməli. Universitetin digər elmi araşdırma mərkəzləri ilə əməkdaşlığı davam etdirilməlidir.
  4. Elmi ictimaiyyətdəki siyasi, iqtisadi, texnoloji nəaliyyətlər haqda universitetin məlumatlandırılması yönündə kitabxana bütün imkanlarını birləşdirməli. Kitabxana tədqiqatçılara, alımlərə intellektual mülkiyyət və müəllif hüquqları məsələlərində kömək etməli və  istifadəçilərə elmi-tədqiqat işlərinin nəticələrinin əldə edilməsinə dəstək verməlidir.
  5. Kitabxana mütəxəssislərinin cəmiyyətin bir çox qurumlarında və nəşriyyatlarda və digər təşkilatlarda geniş iştirakı ilə elmi əlaqələrin gücləndirilməsini təmin etmək.
  6. Metadatanın yaradılması, vizual resursların idarə olunması, elektron nəşrlərin  rəqəmsallaşdırması da daxil olmaqla geniş sayda elmi fəaliyyətləri dəstəkləmək üçün təlabata uyğun xüsusi xidmət sahələri təşkil olunmalı.
  7. Arxiv və Researcher İD (Thomson Reuters)  kimi tədqiqatçılar üçün bir-biri ilə sıx əlaqə saxlamalarına şərait yaradan mərkəzləri dəstəkləyən daimi iqtisadi modeli hazrlayıb icra edilməsi üçün əməkdaşlıq imkanları genişləndirilməli.
  8. İnnovativ və daimi elmi əlaqə imkanları təmin etmək üçün fakültə, nəşriyyat və digər bölmələr ilə əməkdaşlıq edərək yeni strateji iş imkanlarını qiymətləndirmək.
  9.  Kitabxananın elmi mübadiləsinin dəstəklənməsi üçün yeni müvafiq tədbirlər görmək. Əməkdaş kitabxanalarla birgə tədbirlər hazırlamaq və həyata keçirmək. Bu proseslər ərzində üstün dərəcələrə nail olmaq.

 

Hədəf IV: Kitabxana proqramlarının tələbələrə təhsil nöqteyi nəzərindən təsirini gücləndirmək

Biz fakültə və digər akademik partnyorlarla əməkdaşlıq ederək AzMİU professor-müəllim və tələbə heyətinin akademik kariyeralarında onlara kömək etmək üçün kitabxanamızın proqramlarının və göstərdiyi xidmət sahələrinin daha da genişlənməsinə çalışırıq.  Təklif olunan xidmətlər tələbələrin təhsilin müxtəlif sahələrində tələbatlarına  cavab verəcək şəkildə tənzimlənəcək.

Kitabxana daha yüksək səviyyədə xidmət göstərmək üçün digər müvafiq qurumlarla da əməkdaşlıq edəcək. Kitabxana tələbələrin təhsil səviyyəsini qiymətləndirmək üçün müxtəlif tədbirlər işləyib hazırlayaraq universitetin əsas hədəflərinə çatmasına böyük  töhfələr verəcək.

Məqsədlər

  1. Təhsil səviyyəsini yüksəltmək üçün müxtəlif təlim-tədris mərkəzləri ilə əməkdaşlıq edərək innovativ addımlar atılmalı və müxtəlif tədbirlər görülməlidir. Təlim-tədris prosesinə texnoloji dəstək göstərmək üçün əməkdaşlıq etmək lazımdır.
  2. Kitabxana heyətinin dərslərə, proqramlar, akademik şöbələrə cəlb edilməsi üçün kafedra müdirləri  fakültə rəhbərləri ilə birgə işləyərək yeni usullar müəyyən edilməli. Kafedralara kitabxana dəstəyini artırmalı və akademik fəaliyyətlərdə daha çox iştirak etməli
  3. Blackboard və libbids kimi mövcud sistemlərdən əldə edilə biləcək təkrar istifadə oluna bilən təhsil modullarını işləyib hazırlamaq üçün universitet və kitabxana daxilində partnyorlarla əməkdaşlığı davam etdirmək.
  4. Kitabxana heyətinin daha böyük uğurlar qazanması və yeni biliklərə yiyələnməsi üçün onlara daha çox təlim imkanları təmin edilməli
  5. Kitabxananın elektron məlumat bazasını inkşaf etdirmək. Kitabxananın axtarış sisteminin daha da genişləndirməli və bu xidmətlərin tələbələr üçün əhəmiyyətini dəyərləndirməli.
  6. İstifadəçilərin tələbatlarının hansı yöndə dəyişdiyini öyrənmək və həmin tələbatlara cavab vermək üçün dərs təcrübəsindən və formal qiymətləndirmə sistemindən istifadə etmək. Müntəzəm olaraq yeni məlumatlar əldə etmək və maarifləndirmə məqsədi ilə fakültə rəhbərliyi ilə tələbələrin performansları ilə bağlı müzakirələr aparılmalı.
  7. Kitabxana infrastrukturunun yenilənməsi üçün müvafiq tədbirlər işləyib hazırlamaq.

 

Hədəf V : Elmi və elektron kitabxana sahələrinə fond ayırmaq

Kitabxana hər yöndən istər elektron istərsə də qeyri elektron aktiv intellektual təlim –tədris mərkəzi kimi fəaliyyət göstərməlidir. Yeni bölmələr istifadəçilərinə qarşılıqlı əməkdaşlıq, təhsil və elmi mübadiləyə yararlı bir mühit təmin edəcək. Elektron kitabxana xidməti istər universitet daxilində, istərsədə universitetdən kənarda sərbəst tədqiqat, bilik və təcrübə mübadiləsi aparmağa imkan yaradır .  Kitabxana universitetdə nisbətən daha kiçik ərazi əhatə etdiyindən bəzi bölmələr elektron formada xidmət göstərir. Biz kitabaxanın gələcək inkişaf prespiktivləri və fəaliyyət planı barədə tərəfdaşlarmızla və fakültə rəhbərliyi məsləhətləşmələr apararaq daha yüksək səviyyədə və keyfiyyətdə, tələbatlara tam cavab verəcək şəkildə fəaliyyət göstərməyə çalışırıq.

Məqsədlər :

  1. 1.     Kitabxananın lazımi şəkildə fəaliyyət göstərə bilməsi üçün isdifadəçilərin tələb və təklifləri, elmi təcrübələri, o cümlədən  yeni texnoloji proseslər araşdırılmalıdır.
  2. 2.     Kəmiyyət və keyfiyyət göstəricilərinin, təhlükəsizlik və üstünlük təminatını və xidmət səviyyəsini dəyərləndirməli, yeni tədris metodlarını, innovativ çalışmaları dəstəkləməli.
  3. 3.     Universitetin digər şöbələri ilə birgə prosesləri dəstəkləməli. Kitabxananın üstün səviyyədə elektron xidmətlərlə və mütəxəssis kitabxanaçılarla isdifadəçilərə çatdırmalı.
  4. 4.      Dinamik axtarış imkanları güclü olan virtual kitabxana yaratmaq və  inkişaf etdirmək üçün istifadəçilər ilə sıx əməkdaşlıq etmək.
  5. 5.     Elektron bazanın, multimedia mənbələrin daha düzgün idarə olunmasına, materialların yüklənməsinə və köçürülməsinə imkan yaradan vasitələrin təmin edilməsi məsələlərində partnyorlarla birgə çalışmaq.
  6. 6.      Yeni texnologiyalar yönündə şəxsi təcrübələri genişləndirməli və kitabxana mühitində onları tətbiq etməli.
  7. 7.     İstifadəçilərin tələb və istəkləri üstünlük verdikləri şəxsi kitabxana fəaliyyətlərini  dəstəkləmək

Hədəf VI: İctimai əlaqələrlə kitabxananın əhatə dairəsini genişləndirmək

AzMİU kitabxana resursları və mütəxəssisləri Orta Doğu Texniki Universitetinin sosial missiyalarını və ictimai əlaqələrini gücləndirməyə istiqamətlənib. Kitabxana AzMİU-nun elmi potensialını gücləndirəcək tərəfdaşlıq proqramlarında və layihələrdə iştirak edərək Bakı əhalisin yerli və dünyəvi maraqlarına xidmət edən informasiya təminatı və idarə olunması məsələlərinə mütəxəssisləri cəlb edərək kitabxana, universitetin tədqiqat potensialını yüksək informasiya texnologiyaları sistemi ilə gücləndirmək niyyətindədir. Qlobal əməkdaşlıq kitabxananın nüfuzunu artırır və dünyada elmi tədqiqat imkanlarını daha  da genişləndirir. AzMİU-nun qirx illik təcrübəsinə əsaslanaraq kitabxana universitetin əsas beynəlxalq missiyalarına xidmət edən güclü baza təşkil edəcək.

Məqsədlər:

1. AzMİU-nun elmi tədqiqat potensialını genişləndirmək üçün yerli və beynəlxalq partnyorlar arşdırmaq.

2. Universitet daxilində beynəlxalq mərkəzlərlə əlaqələri möhkəmləndirmək.

3. Universitetin ictimai əlaqələrini gücləndirmək üçün informasiyanın idarə olunması məsələlərində təcrübələri, o cümlədən SPRİNGER kimi vasitələrdən istifadə edərək mövcud informasiya mənbələrini genişləndirməli və təkmilləşdirməli

4. Rezerv potensialımızı  və göstərdiyimiz xidmətləri daha da genişləndirmək məqsədilə  kitabxana üzrə sıx əməkdaşlıq əlaqələri qurmaq

5. Universitetin məzunları və kitabxananın istifadəçiləri üçün elmi mənbələrdən  mənbələrdən açıq istifadə imkanı  təmin etmək

6.  Məzunlara iş tapmaqda və kariyera qurmaqda kömək etmək məqsədi ilə elmi resurslardan geniş istifadə etmək imkanları təmin etmək.

Hədəf VII :  Kitabxana heyətinin daha böyük  uğurlar  qazanması və AzMİU ictimaiyyətində daha geniş nüfuz sahibi olması üçün mütəşəkkil fəaliyyətin təşkili

Kitabxana daha innovativ və tələblərə yüksək  cavab verən bir qurum kimi təkmilləşməyə çalışacaq. Gələcək perspektivli layihələrdə iştrak etmək Universitetin akademik nailiyyətlərini artırır və əsas hədəflərinin  dəstəklənməsinə gətirib çıxarır. Kitabxana daimi inkişaf mühitində inkişaf etmək üçün  professional özünü idarə etmə, şəffaflıq və cavabdehlik fəaliyyətlərini daha da sürətləndirəcək.

Universitetin stratejik Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) konsepsiyasını dəstəkləyir. Eyni zamanda təşkilati şəffaflıq, səmərəli əməkdaşlıq bizə xüsusi xidmətlər  göstərən bir kitabxana şəklində fəaliyyət göstərməyə imkan verir. Kitabxana heyəti istifadəçilərin tələblərinə cavab vermək üçün təcrübələrini, bilik və bacarıqlarını birləşdirəcək. Kitabxana mövcud institutlar arası əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək üçün prioritet sahələri müəyyənləşdirəcək.

Məqsədlər :

  1. Xidmət səviyyəsinin yüksəldilməsi üçün kitabxana vahid strategiya, prioritetlər, təlim-təcrübə metodları müəyyən etmək. Şöbələr arasında sıx və müntəzəm əlaqələr yaratmaq. Kitabxana sistemi üzrə əldə edilmiş lazımi  təcrübələrin paylaşılması və yayılması məqsədi ilə işçilərin məşğul olması.
  2. Kitabxana üçün komanda çalışmasının  və sıx əlaqələrin təşkilinə əhəmiyyət vermək; İnformasiya texnologiyaları sahəsində müəyyən standartlar işləyib hazırlamaq; Bu sahədə professional mütəxəssislərin cəlb edilməli və mükafatlandırmalı; Mütəmadi olaraq mütəxəssislərin bilik və bacarıqlarının yeni təlim-tədris metodları ilə təkmilləşdirilməli;
  3. Mütəxəssislərə çalışdıqları sahədə olan boşluqları aşkarlamaq səlahiyyəti vermək və bu bilgilərdən oxucu dəstəyini  artırmaq üçün istifadə etmək.
  4. Kitabxananın çatışmazlıqlarını həll edən və gücünü bilən heyət qəbul etmək. Problem yarandığı zaman aradan qaldırılması üçün açıq müzakirələrin aparılması. Problemlərin həlli yönündə  əsas təklifləri nəzər almaq və qəbul etmək.
  5. Sürətli inkişaf mərhələsində Universitetin daha yüksək xidmətlə təmin  olunması üçün aparılan işləri və prosesləri yeniləmək.

6.  AzMİU-nun fakültələri ilə kitabxana heyəti arasında  əməkdaşlığı gücləndirmək üçün sıx əlaqələr qurulmalı və İT heyəti ilə yeni layihələrdə partnyorluq edilməlidir

  1. Kitabxananı dahada zənginləşdirmək üçün heyətin bilik və təcrübələrinə münasib iş mühitinin təşkili.
  2. İstər universitetdə istərsə də universitetlərarası  innovativ və problemlərin həllinə yönəlik birgə iş mühiti yaradılacaq.

Strateji Planlama Prosesləri

Kitabxana heyyəti  kitabxananın növbəti beş il üçün strateji hədəflərindən ibarət plan hazırlamışdır. Kitabxanamız 2015-2020 Strateji Plan hesabatında göstərildiyi kimi əsas hədəflərimiz arasında kitabxana ilə yanaşı univerisitetin də qarşıya qoyduğu hədəflərindən bəhs edilmişdir.

Heyət qarşısında qoyulan tələblər:

  1. Strateji Planlama prosesesini icra edərkən universitetin bütün kitabxana səhmdar qruplarının nümayəndələri tərəfindən daxil olan tələb və təkliflər nəzərə alınmalı;
  2. Bütün kitabxana sistemini o cümlədən istifadəçilərin əsas tələb və təkliflərini işləyib hazırlamaq;
  3. Növbəti beş il müddətinə kitabxanaya və digər KİK üzv kitabxanalara təsir edə biləcək xarici faktorları müəyyənləşdirərək digər aparıcı kitabxanaların strateji plan modellərini tədqiq etmək;
  4. Elektron və ya nəşr kolleksiyalarının qorunub saxlanmasını təmin etmək məqsədilə rəqəmsal bazanın təşkili;

Dörd ay ərzində kitabxana heyəti, fakültə işçiləri və tələbələr ilə kitabxananın əsas strateji direktivləri yönündə məlumatlar əldə etmək üçün çalışmış və bəhs edilən əsas məsələlər yönündə çoxsaylı ictimai forumlar  üçün struktur təşkil etmişlər. Heyət planın gələcəkdə icra olunma yönümündə perspiktivləri,  müxtəlif planlaşdırma mərhələlərində fakültə və tələbələr ilə məsləhətləşmələr aparımışdır. Heyət həmçinin əsas aparıcı tədqiqat kitabxanalarının əməkdaşları ilə yeni trendler barədə araşdırmalar aparır və yeniliklərin planımza necə tətbiq ediləcəyini müəyyənləşdirir.

Planımıza töhfələrini verən hər bir kəsə minnətdarlığımızı bildiririk.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *