Haqqımızda

AzMIU-nun Kitabxanası 1977-ci ildə yaranmışdır. Hal-hazırda fondunda 517.530 nüsxə ədəbiyyatı vardır.

Kitabxananın 3 abonomenti, 3 qiraət zalı, bir neçə kabinet kitabxanası o cümlədən memarlıq kabineti kitabxanası, mübadilə ehtiyyat, nadir kitablar , dissertasiyalar və avtoreferatlar fondu vardır.

Hal-hazırda kitbxananın 7 şöbəsi, 3 filialı fəaliyyət göstərir ki, bunlarında başlıca vəzifəsi daim inkişaf edən respublikamızın bütün sahələrində aparılan proqram və layihələrdə fəaliyyət göstərə bilən bacarıqlı mütəxəssis hazırlanmasına kömək etməkdir.

İl ərzində kitabxana bir sıra kitabxanalarla kitab mübadiləsi edir və az tapılan kitabları KAA yolu ilə kitabxanalardan əldə edərək oxuculara çatdırır. Yeni ixtisasa aid olan ədəbiyyatları kafedra müəllimlərinin sifarişi əsasında alınıb, oxucuların istifadəsinə verilir.

Ölkəmizdə keçirilən yubileylər, iqtisadi uğurlar, görüşlərlə əlaqədar kitabxanada sərgilər təşkil olunur və bütün bu məlumatlar əyani şəkildə oxuculara çatdırılır. Respublikamızın və xalqımızın həyatında baş verən əlamətdar hadisələr barədə də kitabxanada sərgilər keçirilir, foto stendlər təşkil olunur. Erməni qəsbkarlarının xalqımızın başına açdığı müsibətlər, Qara Yanvar, Xocalı, Qarabağ faciələrinə aid ədəbiyyatlar kitabxanada öz əksini tapmış, oxu zallarında fotosərgilər təşkil olunur.

Kitabxana universitetin əsas şöbələrindən biri kimi öz işlərində dövlətin, Təhsil nazirliyinin və eləcədə universitet rəhbərliyinin qərar və göstərişlərini yerinə yetirir.

Kitabxana tədris prosesində kafedralarla əlbir şəraitdə işləyərək kitab fonduna yeni ixtisaslara aid kitablar alır.

Abunə yolu ilə kitabxanaya hər il xeyli adda qəzet və jurnallar alınır.

Kitabxanaya əsasən aşağıdakı nəşirlər daxil olur : dərsliklər, ictimai-siyasi, elmi, bədii, xarici, dissertasiyalar və dövrü mətbuat nəşirləri.

Hal-hazırda kitabxananın fəaliyyətində internet və elektron informasiya daşıyıcılarından da istifadə edilməyə başlanmışdır. Belə ki, kitabxananın elektron kataloqu tam hazırlanmışdır.

Müəllimlərin tədris etdikləri fənnlərin mühazirələri optik disklərdə toplanaraq, kitabxanaya verilmiş və kitabxana tərəfindən Adobe Acrobat proqramında işlənib, internətə yerləşdirilmişdir. Kafedralar tərəfindən fənnlərə aid testlərdə kitabxanaya

verilmiş və həmin testlər kompüterə yerləşdirilərək oxucuların istifadəsinə verilmişdir.

Kitabxana oxucuların sərbəst surətdə informasiya alması və ölkəmizin həyatında baş verən yeniliklərdən iqtisadi uğurlardan xəbərdar olması üçün bütün vasitələrdən istifadə edir. Rəhbərlik tərəfindən kitabxanaya aid bütün müasir texniki avadanlıqlar alınmışdır.

Kitabxanada koha inteqrallaşdırılmış kitabxana-informasiya sistemi əsasında elektronlaşdırılır. 2012-ci ildən kitabxananın fondu elektron kataloqa daxil edilmişdir. Oxucular elektron kataloq vasitəsilə,kitabın müəllifinə, sərlövhəsinə, nəşr ilinə, nəşr yerinə və s. əlamətlərinə görə sadə və hərtərəfli axtarış apara bilərlər. Həmçinin Azərbaycan dilində, latın qrafikalı ədəbiyyatların elektron versiyası hazırlanıb kitabxananın saytında yerləşdirilmişdir.