Wiley-Blackwell

Universitetimizdə tədrisin və elmi-tədqiqat işlərinin inkişafını təmin etmək, tələbə-magistrların elmi və bilik potensialını möhkəmləndirmək məqsədi ilə kitabxanamız Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olmuşdur. Universitet alimlərimizin elmi məqalə və patentlərinin nüfuzlu jurnallarda dərc olunmasında və fəaliyyətlərində yeni texnologiyaların tətbiqində elektron baza böyük rol oynayır. Kitabxanalar üçün elektron informasiya bazaları gənc tədqiqatçı alimlərə böyük dəstəkdir. Yalnız EBSCO bazasında kitabxana oxucularımız 7240 jurnaldan, 2500 kitabdan və 378 qəzetdən faydalana bilərlər. Oxucularımız bununla bərabər BioOne, Cambridge Journals Online, OECD iLibrary, Oxford English Dictionary Online,Oxford Reference Online, Springer və s., elektron resurslardan birbaşa ödənişsiz faydalana bilərlər.

Məlumat bazasına bu linkdən keçə bilərsiniz


Leave a Reply

Your email address will not be published. Required fields are marked *