AzMİU tələbələri üçün video dərslər istifadəyə verildi

slideravicennaUzun müddətdir ki, İKT mərkəzi tərəfindən Avicenna virtual kampusunda hazırlanan video dərslərin bir qismi tələbələrin və akademik heyətin istifadəsinə buraxılıb. Ümumilikdə Kimya, İnşaaat materialları, Ali riyaziyyat və İnformatika olmaqla 4 fənnin tam kursunu əhatə edən video dərslərdən ilk 20 dərs istifadəçilərin ixtiyarına verilib. Hər bir dərsi 20 dəqiqədən ibarət olan bu video kursdan rahat və səmərəli istifadə üçün dərslər kiçik seqmentlərə bölünüb, dərs materiallarının effektivliyini təmin etmək məqsədilə isə dərslərə video təqdimatlar,təcrübi proseslər və yoxlama sualları əlavə edilib.

Univesitetin tələbələri Tələbə şəxsi kabinetindən, müəllimlər isə Müəllim kabinetindən istifadə etməklə video dərslərdən istifadə edə bilərlər.  


Leave a Reply

Your email address will not be published. Required fields are marked *