Qətər dövlətinin Doha şəhərində işgüzar səfər.

Posted on

AzMİU-nun rektoru,professor Gülçöhrə Məmmədova və elmi tədqiqat şöbəsinin müdiri Könül Əliyeva 8-9 mart 2015-ci il tarixlərində Qətər dövlətinin Doha şəhərində işgüzar səfərdə olmuşlar. Universitetimizin nümayəndə heyəti Qətər Universitetinin rektoru,professor Sheikha Abdulla Al-Misnad ilə görüşmüş, görüşdə AzMİU ilə QU arasında gələcək birgə fəaliyyət planı müzakirə olunmuşdur.
Əməkdaşlarımız QU-nun Elmi kitabxanasına baxmış,universitetin kampusu ilə tanış olmuşvə Qətər Universitetinin 9-cu Karyera Forumunda iştirak etmişlər. Qətər Universitetinin Kitabxanasını və Nadir kitablar fondunu ziyarət etmişlər. QU və AzMİU kitabxanaları arasında mümkün beynəlxalq əlaqələr müzakirə olunmuşdur.

IMG_6695IMG_6697IMG_6692IMG_6690